Logo

Prezident xalq artisti ilə bağlı SƏRƏNCAM İMZALADI


Prezident İlham Əliyev aprelin 23-də Azərbaycanın görkəmli teatr rejissoru, SSRİ Xalq Artisti Mehdi Məmmədovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

TopXeber.Az bildirir ki, sərəncama əsasən, Xalq artisti Mehdi Məmmədovun 100 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Nadir istedada malik rejissor kimi M.Məmmədov milli teatr səhnəsində Azərbaycan və dünya dramaturji irsinin dərin məzmunlu və rəngarəng janrlı nümunələrinə verdiyi mükəmməl quruluşlarla ölkə teatrı tarixinə parlaq səhifələr yazıb.