Logo

“Yay vaxtı” Macarıstan iqtisadiyyatı üçün sərfəlidir


TopXeber.Az-ın məlumatına görə, Macarıstanın əməliyyat operatoru – MAVIR şirkətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirilib ki, qış vaxtından yay vaxtına və əksinə keçid zamanı saatların əqrəbinin bir saat irəli və geri çəkilməsi nəticəsində ölkədə 4-5 milyard forint (1 avro = 309 forint) qənaət olunur.

Şirkətin məlumatına görə, MAVIR mütəxəssisləri 1949-cu ildən enerji istehlakı barədə rəqəmləri toplayır və təhlil edirlər. Saat əqrəbinin ildə iki dəfə geri çəkilməsi o deməkdir ki, yay ərzində macarlar 100-120 Gvt/saat az elektrik enerjisi istehlak edir ki, bu da 30000-40000 ev təsərrüfatına uyğun gəlir və 4-5 milyard forint edir.

Şirkətin nümayəndəsi bildirib ki, saatın əqrəbinin çəkilməsindən sonra müqayisə zamanı enerji istehlakında sutkalıq azalmanın 1,5-3 faiz (2000-4000 Mvt) təşkil etdiyi məlum olub.