Logo

Yeni Səhiyyə naziri məlumdur - FOTO


Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Nazirlər Kabinetinə üzvlər təyin edilsə də, bəzi nazirlik və dövlət komitələrinə təyinat olmayıb. Onlar arasında Gənclər və idman naziri, səhiyyə naziri, təhsil naziri və Dövlət Gömrük Komitəsi var.

TopXeber.Az-ın əldə etdiyi məlumata görə, bu gün təyinat olunmayan bir sıra nazirliklərə və komitələrə də yeni təyinatlar olacaq.

Bu təyinatlardan biri isə Səhiyyə naziri ilə bağlıdır.

Əldə etdiyimiz məlumata görə, bu posta Səlim Müslümov təyin olunacaq. 

Qeyd edək ki, Səlim Müslümov bu vaxta qədər Əmək və Əhalinin Sosila Müdafiəsi naziri olub.

Yeni kabinetdə onun yerinə Sahil Babayev təyin olunub.

Bu günlərdə isə Səlim Müslümovun Səhiyyə naziri təyinatı reallaşacaq.