Logo

Ərdoğan ermənilərə başsağlığı verdi


“I Dünya müharibəsi dövründə həyatını itirən Osmanlı ermənilərinin uşaqlarına və nəvələrinə başsağlığı verirəm”.

TopXeber.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Erməni Patriarxlığında 1915-c il hadisələri ilə bağlı keçirilən dini mərasimin iştirakçılarına göndərdiyi məktub deyib.  

Onun sözlərinə görə, Osmanlı erməniləri I Dünya müharibəsinin ən çətin və ağır dövründə vəfat ediblər: “Həyatlarını itirən Osmanlı ermənilərini bir daha yad edirəm, onların uşaq və nəvələrinə səmimi qəlbdən başsağlığı verirəm. Keçmişdə olduğu kimi bundan sonra da tariximizi təhrif edərək kin, nifrət və düşmənçilik yaratmaq istəyənlərə imkan verməməyinizi rica edirəm”.

Məftun Salmanov