Logo

Ermənistan prezidenti ölkədəki etirazların səbəbini açıqladı


Etiraz aksiyalarına Ermənistanda xalqın gələcəyə inamının olmaması, sosial çətinliklər və narazılıqlar səbəb olub. 

TopXeber.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan deyib. 

O əlavə edib ki, Serj Sarkisyanın toqquşmalardan qaçmaq üçün istefa verməsini yüksək qiymətləndirir. 

Qeyd edək ki, aprelin 13-dən Yerevanda Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etirazlar başlayıb.

Dünən Sarkisyan istefa verdiyini açıqlayıb.