Logo

Floradan Röya haqda dəhşətli sözlər: "Oğluna utanc gətirən"


"Röya, nə vaxt sənin "əlindən öpmüşəm” və nə vaxt "qızımın toyuna gəldiyin üçün məni şərəfləndirdin” demişəm?? Düşünürdüm ki, 80 yaşım ərəfəsində məni təəccübləndirən daha absurd bir şey ola bilməz. Amma bunu da gördüm”.

TopXebner.Az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova lent.az-da yayımlanan köşəsində qeyd edib. F. Kərimova əməkdar artist Röya Ayxanın onun barədə söylədiyi fikirlərə sərt reaksiya verib:

"Birinci gələk sənə qarşı etdiyim "haqsızlıqlara”, sənin dilindən desək "səhvimə”. Mən səhvim olduğu halda tərəddüd etmədən istənilən insandan üzr istəməyə hazıram. Yetər ki, səhvi göstərə bilsin. Görünür, ən böyük səhvim səni sənətkar saymamağımdır. Bəli, səni sənətkar saymıram! Nəinki səni, sənin "sənətkar” saydıqların belə mənə görə sənətkar olmayıb”.
Müğənni R. Ayxanı nankorluqda ittiham edib: 
"Gələk sənin nankorluğuna. Demirəm sənin ulduzunun ən parlaq vaxtında, sənə təriflər gələndə, mən də onların sırasındaydım. Amma heç vaxt demədim ki, Röya pis müğənnidir, pis oxuyur. 
Sənətkar saydığın İlhamə Quliyeva səni "iylənmiş”, "bitli baş”, "yuyulmamış...” və sairə adlarla alçalda-alçalda təhqir edəndə, kim səni müdafiə etdi?! Bunudamı unutdun? Bu idi sənə olan haqsızlıqlarım? Yoxsa, kişilərin atasını söyəndə, alt paltarını açıb iyrənccəsinə aləmə göstərəndə, qucaqlarda abırsız şəkillərin jurnalların üz qabığını bəzəyəndə, kürsünü vanna otağındakı unitazla əvəz edəndə, oxuduğun xalq mahnısını bayağı hala salıb yağış sözünə biədəb qafiyə qoşub dillər əzbəri edəndə, təklikdə, təkrar edirəm, təklikdə demədimmi ki, "qızım, belə olmaz, gələcəyini düşün”? Bu idimi sənin haqqını çeynəməyim?
Sənə deyəndə ki, "qızım, övlad sahibi olacaqsan, qapı döyəcəksən, qapını döyəcəklər, etdiyin hərəkətlər Anaya, illah da Azərbaycan Qadınına yaraşan hərəkətlər deyil” – səhvim idi, yoxsa sənə qarşı etdiyim haqsızlıq?! Durub illər sonra efirdə Sevil Nuriyevanın verilişində ağlaya-ağlaya Millətə yalvaranda "kiminsə videolarını (Faiqi nəzərdə tuturdu – F.K.) telefonlardan sildirən kişilər mənə kömək etmədilər, mən anayam, ev xanımıyam, bir oğlum var, bu gün nələr verərdim ki, o videoları internetdən, telefonlardan silsinlər”. Onda da sənin ağlına gəlmədi ki, Flora mənə məsləhəti ilə yaxşıların yaxşısını edibmiş”.