Logo

​“Məni bölüşəcəyinə inanmıram” – Yenidən evlənmək istəyən İlahə - VİDEO – FOTO


“ARB Ulduz”un “Şou-məkan” proqramınının növbəti qonağı müğənni İlahə İbadova olub.

TopXeber.Az bildirir ki, sənətçi bir müddət hər kəsdən və hər şeydən bezib tərki-dünyalığa çəkilmək istəyib:

“İnsan bir zamanlar elə olur ki, heç kimi görmək istəmir. Həyati yorğunluq ola bilər, ruhən yorğun ola bilərsən. Bilmirəm nə ad verək, amma heç kimi görmək istəmirdim. Dedim şəhərdən çıxım, kənarda dincəlim. Şükür Allaha ki, hər şey zamanla düzələndir. Düzəlməyə doğru gedir. Gözəl bir söz var: “bomba olacaqsan, sən partlayanda hər kəs susacaq”.

Müğənni, bəzi həmkarları kimi ola bilmədiyini də etiraf edib: 

“Baxıram bizim bəzi müğənnilərimizə danışırlar, gülürlər, hoppanırlar, düşürlər. İnanın ki, mən də elə olmaq istəyirəm, amma ola bilmirəm. Etsəm də, süni çıxar. Bəzən deyirlər özündən razıdır. Nə edim, məni də belə doğublar, belə tərbiyə ediblər”.

Efirlərə çıxmadığı müddətdə dərdini gizlətməyi bacaran İlahə İbadova, bəzi sənət dostlarının da onu tək qoymadıqlarını söylədi:

“Mənim nə qədər dərdim, problemim olsa da, hansı qapıdan girmişəmsə, o qədər danışıb gülmüşəm. Hətta elə olub ki, getdiyim yerdəki qonaqlara da demişəm ki, heç nəyi vecinizə almayın. Danışıb gülüb çıxmışam. Bəlkə də, deyiblər ki, bunun heç bir dərdi yoxdur. Amma sağ olsun dostlarım. Məni yalnız buraxmayıblar. İnsan tək qalmaq istəyəndə telefonlara da cavab vermir, tək qalmaq üçün yer axtarırsan ki, gedib düşünəsən”.

Yenidən ailə qurmaq məsələsinə də toxunan sənətçi, təkliflərin olduğunu dilə gətirib.

“Təbii ki, hər bir xanım ailə qurmaq istəyər. Eləcədə mən. Elə bilinməsin ki, təklif edən yoxdur? Var, əlbəttə. Sadəcə həmişə İlahəni İlahə kimi sevən olmasını arzulamışam. İlahə İbadova kimi mənimlə ailə qurulmasına razı olmaram. Deyib gülməyimə baxmayın. Qəlbi qarayam. Mənim qız övladım var. Qız övladın olmağı çətin məsələdir. Həyatda o qədər şeylər görürük ki, mən anamdan başqa qızımı heç kimə etibar edə bilmərəm”.

Yenidən ailə quracağı təqdirdə, qızının həmin adamı qısqanaraq, qəbul edib-etməyəcəyi ilə bağlı, deyəsən, sənətçinin şübhələri var:

“Qızım tək olduğu üçün qısqanc uşaqdır. O haqda fikirləşməmişəm. Onu zaman göstərər. Məncə də bölüşməyi sevməz. Mənə çox bağlı olduğu üçün ağlıma gəlmir ki, məni bölüşə bilər”.

Uzun müddət sarı saçlarda gördüyümüz İlahə xanım, yeni stilini kifayət qədər bəyəndiyini söyləyib:

“Sarı saç mənə çox yaraşırdı. Bəyənməyən yoxuydu. Sadəcə olaraq bezdim. İndi saçımı yığmışam. Amma açıq görənlər çox bəyəniblər. Sarı saçda mənə çox göz dəyirdi. Yəqin bu saçda nəzərlə uğur sintez olub, nəsə ortaya çıxarar”.