Logo

"Ağadadaş səhv danışır, mən onu başa salaram"


"Qarabağ muğam məktəbi yoxdur, sadəcə ləhcə var" - xalq artisti Ağadadaş Ağayevin açıqlaması cəmiyyətdə kəskin etirazla qarşılanıb. 

TopXeber.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən xalq artisti, ustad xanəndə Arif Babayevin də məsələyə münasibəti sərt olub: 

"Qarabağ muğamatın, musiqinin beşiyidir, bunu hamı bilir. Elə təkcə Üzeyir Hacıbəyli bəs edər. Ağadadaş səhv danışır, mən onu başa salaram. Buna görə heç kim narahat olmasın. Zaman-zaman bu məsələ müzakirə olunub, amma tarix tarix olaraq qalır. Qarabağ muğam məktəbinin Cabbar, Xan, Seyid Şuşinski kimi xanəndələri olub".