Logo

Nalbandyan Lavrovla görüşdü


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Edvard Nalbandyan Moskvada görüşüblər.

TopXeber.Az-ın TASS agentliyinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, E. Nalbandyan erməni parlamentarilərindən ibarət nümayəndə heyəti ilə birlikdə Moskvada səfərdədir.

Məftun Salmanov