Logo

Paşinyan yolun SONUNU GÖSTƏRDİ: tarix bu gün başa ÇATIR, 80 yük avtomobili... - VİDEO


“Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı, parlamentin “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyaları bu gün davam edəcək.

TopXeber.Az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Nikol Paşinyan bildirib.

O yeni güclə tətilləri davam etməyə çağırıb.

“Hələ atacağımız addımlar var və bu, tarixi başa çatdıracağıq”, - müxalifət lideri deyib.

Paşinanın sözlərinə görə, paytaxtın küçələrini bloklamaq üçün İrəvan-Sevan yolunda 80 yük avtomobili gözləyir. Bu gün keçiriləcək aksiyalar zamanı aksiyaların keçirildiyi ərazilər arasındakı yollar və körpülərin mühasirəyə alınması nəzərdə tutulur.

Paşinyanın özü Lambada körpüsündən şəhər üzrə növbəti təntənəli yürüşə başlamaq niyyətindədir. Aprelin 26-da saat 12:05-də bütün sürücülərə hərəkəti dayandırmaq və 20 dəqiqə ərzində hərəkət etməmək barədə göstəriş verilib.

Saat 19:00-a isə Respublika meydanında mitinq olacaq.

Xatırladak ki, dünən Nikol Paşinyanla Ermənistanın baş nazir vəzifəsinin müvəqqəti icraçısı Karen Karapetyan arasında “Armeniya-Mariott” mehmanxanasında görüş başlamalı idi. Lakin danışıqlar ləğv edilib.

Paşinyanın mətbuat katibi Tiqran Avinyan bildirib ki, müxalifət danışıqların yalnız konkret məsələlər ətrafında aparılmasında təkid edir. Bunlar hakimiyyətin dinc yolla ötürülməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi və Respublika Partiyasından heç kimin müvəqqəti hökumətin rəhbərliyinə buraxılmamasıdır. Avinyan bildirib ki, hakim Respublika Partiyası sonuncu məsələnin qoyuluşuna etiraz edir.

Karen Karapetyan bildirib ki, Nikol Paşinyan birtərəfli qaydada yeni şərtlər irəli sürüb. Paşinyan, öz növbəsində, qeyd edib ki, onlar etiraz aksiyasına yenidən başlayırlar, çünki Ermənistanın hakim Respublika Partiyası Serj Sarkisyanın istefasının əvəzində hakimiyyəti əlində saxlamaq istəyir. Müxalifət lideri heç bir halda hakim partiyanın rəhbərliyi altında növbədənkənar seçkilərə getməyəcəklərini bəyan edib.

“İnqilab göstərdi ki, Respublika Partiyası Ermənistanı idarə edə bilməz. Serj Sarkisyan istefa verdi, amma Respublika Partiyası hələ də hakimiyyətdədir”, - o vurğulayıb.

Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazirliyinə qarşı etiraz aksiyaları aprelin 3-də başlayıb. Aprelin 23-də Sarkisyan postu tərk edib. Onun ardınca hökumət istefaya gedib. Sarkisyanın istefasına baxmayaraq, nümayişlər davam edir. Dünən isə müxalifət Ermənistan hakim partiyasının qeyd-şərtsiz kapitulyasiyasını tələb edib.