Logo

Putin erməni həmkarına məsləhət verib


Rusiya prezidenti Vladimir Putin Ermənistanda baş verən siyasi proseslərlə əlaqədar Armen Sarkisyanla danışıb.

TopXeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, Putin Ermənistan prezidenti ilə fikir mübadiləsi apararaq yaranmış böhranın aradan qaldırılması üçün müəyyən məsləhətlər verib. Problemlərin ən qısa müddətdə həlli üçün struktiv danışıqların aparılmasının vacibliyi vurğulanıb.