Logo

“Real” “Bavariya”nı məyus etdi – VİDEO


Çempional Liqasının növbəti yarımfinal matçı keçirilib.

TopXeber.Az xəbər verir ki, Münhenin “Alyans” arenasında  “Bavariya” klubu Madridin “Real” klubu ilə qarşılaşıb.

Oyunun 27-ci dəqiqəsində Coşua Kimmik  “Bavariya”nı önə çıxarıb. 43-cü dəqiqədə Marselo cərimə meydançasının astanasında möhtəşəm zərbə endirərək hesabı bərabərləşdirib.

56-cı dəqiqədə meydana yeni çıxan Asensio “Real”ın ikinci qolunu vurub.