Logo

Sarqsyan daha bir vəzifədən gedir


Hakim Ermənistan Respublika Partiyası (ERP) öz sədrini dəyişəcək.

TopXeber.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ERP-nin sədri, Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan və Baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanın partiya fraksiyasının deputatları ilə görüşündən sonra məlum olub.

Bildirilir ki, ERP-nin sədrinin dəyişdirilməsi barədə diskussiyalara başlamaq qərarı alınıb. S. Sarqsyan aprelin 23-də Baş nazir vəzifəsindən istefa verməsinin səbəbini izah edib və ERP-nin parlament fraksiyasının mümkün işi ilə bağlı müxtəlif ssenarilər təqdim edib.

Qeyd edilib ki, ERP ilkin şərt irəli sürmədən bütün tərəflərlə danışıqlar aparmağa hazırdır. 

Məftun Salmanov