Logo

Tramp: Heç kəs məndən sərt olmayıb


ABŞ Prezidenti Donald Tramp Rusiyaya sərt yanaşdığını bəyan edib.

TopXeber.Az-ın RT-yə istinadən verdiyi məlumata görə, Amerika lideri Rusiya ilə gizli sövdələşməsinin olmadığını deyib.

D. Tramp bildirib: “Heç kəs Rusiyaya qarşı məndən sərt olmayıb. Bu barədə Prezident Putindən soruşa bilərsiniz”.

Onun sözlərinə görə, ABŞ alüminium tədarükü üzrə əlavə yığımlar tətbiq edib, belə ki, Rusiya Amerikaya xeyli alüminium tədarük edir: “ABŞ, həmçinin 60 rusiyalı “diplomatı” ölkədən çıxarıb. Heç kəs belə sərt olmayıb”.

Məftun Salmanov