Logo

Yaponiyanın XİN rəhbəri: İranla razılaşmaya yenidən baxmağa ehtiyac yoxdur


İranın nüvə proqramı ilə əlaqədar 2015-ci ildə əldə edilmiş razılaşmanın müddəaları ABŞ da daxil olmaqla, bütün iştirakçılar tərəfindən həyata keçirilməlidir və ona yenidən baxmağa ehtiyac yoxdur.

TopXeber.Az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Konon iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra jurnalistlərə deyib.

Qeyd edib ki, Yaponiya ardıcıl şəkildə nüvə razılaşmasını dəstəkləyir və hesab edir ki, bütün iştirakçılar onun müddəalarını həyata keçirməkdə davam etməlidirlər. İran tərəfindən razılaşmanın icra olunması ölkənin iqtisadi inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Yaponiya isə bu məsələyə xüsusi dəstəyini göstərməyə hazırdır.

NHK telekanalı qeyd edir ki, T.Kononun bildirdiyinə görə Yaponiya və İran razılaşmanın vacibliyini vurğulayırlar və onun ABŞ da daxil olmaqla digər iştirakçılar tərəfindən dəstəklənməsini zəruri hesab edirlər.