Logo

DİN-in Respublika Hospitalında növbəti "Koxlear implantasiya" əməliyyatı aparılacaq


Mayın 4-də DİN-in A.Heydərov adına Respublika Hospitalında 1 yaş 10 aylıq anadangəlmə eşitmə qabiliyyətindən məhrum uşaq üzərində "Koxlear implantasiya" əməliyyatı keçiriləcək.

TopXeber.Az xəbər verir ki, əməliyyatı Sankt-Peterburq Qulaq-Burun-Boğaz Elmi Tədqiqat İnstitunun Eşitmə reabilitasiyası bölməsinin rəhbəri Professor Kuzovkov Vladislav Evqenyeviç və DİN-in A.Heydərov adına Respublika Hospitalının LOR-şöbəsinin rəisi t.e.n. Kamil Yusifov həyata keçirəcək.

Bu əməliyyat IV dərəcə sensonevral ağıreşitmə və karlıq xəstəliyindən qurtulmanın yeganə müasir cərrahi müalicə üsuludur. Dünya Səhiyyə Təşkilatının statistikasına görə dünyada hər 1000 doğulan körpədən biri anadangəlmə kar doğulur. Bundan əlavə hər doğulan 1000 körpədən biri həyatının ilk illərində hər hansı bir infeksiya və s. nəticəsində eşitmə qabiliyyətini itirir. Bu da gələcəkdə körpələrdə nitqin formalaşmamasına səbəb olur.

Bu xəstəlikdən müalicə almaq istəyənlər 1844 telefon nömrəsi ilə əlaqə saxlaya və ya Ziya Bünyadov 36 ünvanına müraciət edə bilərlər.