Logo

Formula 1 pilotlarının ikinci sərbəst yürüşü başladı – Yenə qəza olacaq?


Bu gün saat 13:00-da Formula 1 pilotları Bakı Şəhər Halqasında sərbəst yürüşlərin ilk mərhələsi başlayıblar. Yürüşlərdə 10 komandadan 20 pilot iştirak edəcək. Sərbəst yürüşlər iki mərhələdə keçiriləcək. 

TopXeber.Az bildirir ki, komandalardan "Mercedes"in heyətində Luis Hamilton və Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel və Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo və Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres və Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll və Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq və Karlos Sayns, "Toro Rosso"nun heyətində Pyer Qasli və Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan və Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso və Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler yarışırlar.

Qeyd edək ki, bu gün keçirilmiş birinci sərbəst yürüş zamanı "Red Bull" pilotu Maks Ferstappenin idarə etdiyi bolid təhlükəsizlik divarına çırpılaraq qəza keçirmiş və yürüşü erkən dayandırmağa məcbur olmuşdu. 

Xatırladaq ki, 2018-ci ildə 3 mərhələdən sonra pilotların mübarizəsində hələlik ümumi sıralamada 141 xalla "Ferrari"nin pilotu Sebastiyan Fettel (54 xal) liderdir. "Mersedes"dən Luis Hamilton (45 xal) ikinci, Valterri Bottas (40) isə üçüncü yerdədirlər.
Komanda hesabında hələlik "Mersedes" komandanı 85 xalla birinci, "Ferrari" 84 xalla ikinci, "Red Bull" isə 55 xalla üçüncüdür.