Logo

Məşhur futbolçu “Barselona”dan gedir


“Barselona” klubunun yarımmüdafiəçisi Andres İnyesta mövsümün sonu komandadan gedəcəyini bildirib.

TopXeber.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə 33 yaşlı futbolçu mətbuat konfransında deyib.

A.İnyestanın karyerasını Çinin “Tyanszin Tsyuanszyan” klubunda davam etdirəcəyinə dair daha əvvəl məlumat yayılmışdı.

Qeyd edək ki, A. İnyesta 2002-ci ildən “Barselona”nın heyətində çıxış edir. O, Kataloniya təmsilçisi ilə 8 qat İspaniya çempionu, İspaniya kubokunun 5 qat və Superkobokun 7 qat qalibi, Çempionlar Liqasının isə 4 qat qalibi olub.

Məftun Salmanov