Logo

Bu gün “Shamkir Chess 2018” turnirinə yekun vurulacaq


Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirində bu gün son turun görüşləri keçiriləcək.

TopXeber.Az xəbər verir ki, IX turun mərkəzi qarşılaşması norveçli dünya çempionu Maqnus Karlsenlə çinli Dink Liren arasında oynanılacaq.

İlk 8 turdan sonra 5,5 xala malik Karlsen Lireni yarım xal qabaqlayır. Turnirin qalibi məhz bu görüşün yekununda məlum olacaq. Çinli qrossmeyster qələbə qazana bilməsə, Karlsen üçüncü dəfə "ShamkirChess"in qalibi olacaq.

Son turda iki azərbaycanlı qrossmeyster üz-üzə gələcək. Yığmamızın lideri Şəhriyar Məmmədyarov turnirin autsayderlərindən sayılan Rauf Məmmədovla qarşılaşacaq. Rauf ağ, Şəhriyar qara fiqurlarla oynayacaq.

Teymur Rəcəbov da qara fiqurlarla mübarizə aparacaq. Şahmatçımız sonuncu pillənin sahibi David Navara ilə görüşəcək.

“Shamkir Chess 2018”

IX tur
28 aprel

David Navara (Çexiya, 2745) - Teymur Rəcəbov (Azərbaycan, 2748)

Rauf Məmmədov (Azərbaycan, 2704) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814)

Maqnus Karlsen (Norveç, 2843) - Dinq Liren (Çin, 2778)

Radoslav Voytaşek (Polşa, 2744) - Aniş Giri (Hollandiya, 2777)

Sergey Karyakin (Rusiya, 2778) - Veselin Topalov (Bolqarıstan, 2749)

Turnir cədvəli: Karlsen – 5,5 xal; Liren – 5; Topalov, Giri, Məmmədyarov, Voytaşek, Karyakin, Rəcəbov – 4; Məmmədov – 3,5; Navara – 2.