Logo

Dünyanın ən zəngin adamı iki gündə 9 milyard dollar varlandı


“Forbes” jurnalının versiyasına əsasən, dünyanın ən zəngin adamı olan Ceff Bezosun sərvəti iki gün ərzində 9 milyard dollar artıb.

TopXeber.Az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda biznesmenin var-dövləti 130 milyard dollar həcmində qiymətləndirilir.

Qeyd edək ki, C. Bezos “Amazon” şirkətinin səhmlərinin 16 faizinə sahibdir. Onin sərvətinin təqribən 95 faizi şirkətin səhmlərinin dəyərindən asılıdır.

Məftun Salmanov