Logo

Formula 2-nin ilk yarışının qalibi: Bakı məni məyus etmədi


"Mən yarışa hazır idim. Bakı məni məyus etmədi və mən finişə birinci çatmağı bacardım".

TopXeber.Az xəbər verir ki, bunun 2018 Azərbaycan Qran Prisinin ikinci günündə FİA Formula 2 sinfində keçirilmiş ilk yarışın qalibi "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon deyib. 

Onun sözlərinə görə, yarış gərgin keçib: Bəzi anlarda yolda avtomobillərin sıxlığı yarandı. Yarış zamanı bəzi pilotlar səhvlərə yol verdilər və bu da hərəkətə çətinlik yaratdı". 

Albonun fikrincə, sabah mübarizə daha gərdin keçəcək: "Sabah havanın küləkli olacağını da nəzər alaraq diqqətli olmaq lazımdır. Küləkli havada vəziyyəti düzgün qiymətləndirməli və sürətə dəqiq nəzarət etməliyik". 

Yarışda ikinci olmuş "ART Grand Prix"in böyük britaniyalı pilotu Cek Aitken isə qeyd edib ki,
o, ilk dəfədir ki, Bakıda yarışda iştirak edir: "Əlbəttə, mübarizə gərgin idi və bu gün xeyli qəzalar baş verdi. Lakin sabah havanın da küləkli olacağını nəzərə alaraq daha diqqətli olmalıyıq. Həm də sabah iştirakçılar qalib gəlmək üçün daha gərgin mübariz aparacaqlar".  

Bakıda Formula 2 yarışlarının ilk günündə 3-cü nəticə göstərmiş "Charouz Racing System"in italiyalı pilotu Antonio Fuoko isə deyib yarışda qəzaların çox olması onu qorxudur: "Yarışlar yaxşı və gərgin keçdi, ancaq qəzalar çox oldu. Bir tərəfdən yer tutduğuma görə sevinirəm, ancaq qəzaların çox olması yaxşı hal deyil. Sabahkı yarışda isə daha diqqətli olmalıyıq".

Xatırladaq ki, bu gün qəzaların bol olduğu Formula 2 yarışında finişə 20 pilotdan cəmi 13-ü çata bilib. Pilotların 7-si isə yarışa erkən vida etməli olub. 

Qeyd edək ki, pilotlar sabah 2-ci yarışa çıxacaqlar.