Logo

“Qalatasaray” – “Beşiktaş” – Kim qalib gələcək? (STATİSTİKA)


Türkiyə Superliqasının 31-inci həftəsində iki İstanbul nəhəgi “Qalatasaray” və “Beşiktaş” klubları 3 xal uğrunda mübarizə aparacaq.

Bu nəfəs kəsən matç “Qalatasaray” ev sahibliyilə Türk Telekom Stadionunda keçiriləcək və liqa çempionluğuna bir komandanı daha da yaxınlaşdıracaq.

TopXeber.Az minval.info-ya istinadən xəbər verir ki, iki komandanın biri-birilərinə qarşı keçirdikləri oyunlardan statistikaları təqdim edir.

Komandalar biri-birilərilə 120 dəfə qarşılaşıb. Bu qarşılaşmalardan 43 dəfə “Qalatasaray”, 34 dəfə “Beşiktaş” üzü ağ çıxıb. 42 dəfə isə tərəflər sülh ilə razılaşıb. Aralarındakı son 10 oyunda isə hər iki komanda 4 qələbə qazanıb və 2 dəfə bərabərlik müşahidə olunub.

Fatih Terim vs Şenol Günəş

Fatih Terim vs Åenol GüneÅ ile ilgili görsel sonucu

Bu matç derbi olmasından əlavə Türkiyənin ən uğurlu iki baş məşqçisinin üz-üzə gəlməsi ilə əlamətdar olacaq. Baş məşqçilər indiyə qədər 7 dəfə qarşı-qarşıya gəlib və bu görüşlərin altısını Fatih Terimin komandaları, birini isə Şenol Günəşin komandası qazanıb.

Matçın hakimi- Fırat Aydunus

Bu qarşılaşmanın hakimi Fırat Aydunus olacaq. O, indiyə qədər 7 dəfə bu komandaların qarşılaşmasını idarə edib və bu qarşılaşmalardan 4 dəfə sarı-qırmızılar, 2 dəfə isə ağ-qaralar qalib ayrılıb. Bu hakim komandalar arasındakı ən qalmaqallı derbini idarə edib. Həmin derbidə “Qalatasaray” 2-1 hesabı ilə qalib gəlmişdi. Qəzəblənən “Beşiktaş” azarkeşləri isə oyunun sonunda meydana daxil olmuşdu.

Zədəlilər və cəzalılar

Qonağ komandada Canər Ərkin zədəsinə görə oyunu buraxmalı olacaq. Pepe isə kart cəzasını bir əvvəlki oyunda ödədiyindən bu oyunda iştirak edə biləcək. Ev sahiblərində isə Sərdar Aziz kart cəzalısı olduğundan bu oyunu ötürəcək.

Taliska vs Qomis

Ä°lgili resim

Bu oyunda komandaların əsas qol ümidləri Bafetimi Qomis və Anderson Taliska olacaq. Qol krallığına əsas namizəd Qomis 29 oyunda 27 dəfə fərqlənib. Forvet mövqeyində oynamamasına baxmayaraq ağ-qaralarda Taliska 29 oyuna 13 dəfə qol vurmağı bacarıb.

Rodriqez və Qomisi yaxından izləyəcəklər

Uğurlu çıxışı ilə seçilən Qeri Rodriqezi bu oyunda iki avropa klubu, “Olimpik Lyon” və “Nyukasl” nümayandələri yaxından izləyəcək. Bafetimi Qomisi isə Fransa millisindən nümayandələrin izləyəcəyi deyilir. Belə ki, bu oyun Qomisin yığmaya dəvət alması üçün bəlkə də son fürsətidir.

Hesab təxminləri

 

Bu oyunda azarkeş dəstəyini arxasına alan “Qalatasaray” klubu oyunun fovaritidir. Ancaq nəzərə alsaq ki, son 5 oyunda “Beçiktaş”-ın böyük üstünlüyü var, onda deyə bilərik ki, oyun başa-baş keçəcək.