Logo

Yens Stoltenberq: Türkiyə NATO üçün açar rolunu oynayır və alyansın üzvləri bunu yaxşı başa düşürlər


Türkiyə NATO üçün açar rolunu oynayır və bu ölkənin önəmini müəyyən etmək üçün xəritəyə baxmaq yetərlidir.

TopXeber.Az türk mətbuatına istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq türkiyəli jurnalistlərlə görüşündə söyləyib.

Baş katib diqqətə çatdırıb ki, NATO-nun bütün üzvləri Türkiyənin alyans üçün önəminin fərqindədirlər. Çünki hamı bunu görür. “Türkiyə çox dəyərli müttəfiqdir və birgə müdafiəmiz üçün əhəmiyyətli tərəfdir, xüsusilə də terrorizmlə mübarizədə. Türkiyə İŞİD-in məhv edilməsində beynəlxalq koalisiya qüvvələri üçün böyük gücə və imkanlara malikdir. Bunun üçün Türkiyəyə minnətdarıq”, - deyə baş katib vurğulayıb.

Suriya ərazisində aparılan “Zeytun budağı” antiterror əməliyyatını dəyərləndirən NATO-nun baş katibi bildirib ki, Türkiyə terrordan ən çox əziyyət çəkən ölkədir və öz təhlükəsizliyini təmin etməyə haqqı var.