Logo

Xəstəliklə mübarizə aparan Kərim kövrəldi: “Ən böyük təsəllim...”


Bu gün tanınmış meyxana ustadı Kərimin doğum günüdür.

Bir ilə yaxındır ki, xəstəliklə mübarizə aparan sənətkar özünə təmtəraqlı doğum günü keçirməyəcək.

TopXeber.Az-ın məlumatına görə, Yenicag.az-a açıqlama verən Kərim səhhətində irəliləyişlər olduğunu bildirib. Özəl gününü ailəsi ilə birgə qeyd edəcəyini deyən meyxana ustadı ən böyük arzusunu da dilə gətirib: “Arzum nə ola bilər ki… Sağalmaq və əvvəlki sağlam həyatıma qovuşmaq…”.

35 yaşına həsr etdiyi “Ən böyük təsəllim…” şeirini də xatırlayıb:

Hər dəfə ad günün qeyd olunanda,
Təriflə göylərə ucalıram mən.
Hamı deyir-gülür, lakin unudur,
Artıq bir yaş da qocalıram mən.

Ağ saçlara rəğbət bəsləməsəm də,
Zaman ağardacaq qara telləri.
Mən özüm istəsəm, istəməsəm də,
Ötür yavaş-yavaş gənclik illəri.

Qara saçlarıma yağsa da ağ qar,
Gənclik illərimə əssə küləklər,
Mənə ümid verən bir təsəlli var,
Heç zaman qocalmır sevən ürəklər.