Logo

23 yaşlı cazibədar aktrisa açıq-saçıq libası ilə gecəyə damğa vurdu – FOTOLAR


Gənc aktrisa Rəhimə Qüdrətova baş rolda çəkildiyi “De sən öl” adlı filmin qala gecəsinə qatılıb.

TopXeber.Az yenicag.az-a istinadən xəbər verir ki, 23 yaşlı aktrisa açıq-saçıq libası ilə gecəyə damğa vurub. Filmdə sevgili obrazına çəkilən aktrisa şəxsi həyatı ilə bağlı suallarımızı da cavablandırıb:

“Ayan” obrazı ürəyimcə oldu. Tamaşaçıların bəyənəcəyini düşünürəm. Yaratdığım obraz sevən və sevgisi xoşbəxt sonluqla bitən bir qızdır. Filmdən fərqli olaraq, hələ ki, sevdiyim insan yoxdur, şəxsi həyatımda boşluqdur. Sənətimi, işimi sevirəm və zövq alıram”.

Qeyd edək ki, Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi olan Rəhimə xalq artisti Firəngiz Mütəlibovanın yetirməsidir.