Logo

Sevgilisi olmayanlara şad xəbər — “Facebook” buna hazırlaşır


“Facebook” sosial şəbəkəsində tanışlıq xidməti yaradılacaq.

TopXeber.Az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mark Zukerberq məlumat verib. Mark bildirib ki, bundan sonra istifadəçilər sırf tanışlıq üçün profil yarada biləcəklər, bu profil onların dostları tərəfindən görünməyəcək.

“Xidmət qısamüddətli yox, əsl və uzunmüddətli münasibətlər üçün nəzərdə tutulub”, - deyə Mark dəqiqləşdirib. Onun fikrinə əsasən, 200 milyon “Facebook” istifadəçisi özünü tənhalar sırasında sayır.

Zukerberq qeyd edib ki, xidmət istifadəçinin maraqları və üstünlüklərini nəzərə alaraq tanışlıq üçün məsləhətlər görəcək.Ölkə.Az