Logo

Bu ilin ən yaşlı abituriyenti - 59 yaşı var


Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasındakı kolleclərə sənəd verən ən yaşlı tələbənin 59 yaşı var.

TopXeber.Az bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarov AzEdu.az-a açıqlamasında  deyib.

Onun sözlərinə görə, namizəd 1959-cu il 12 iyun tarixində dünyaya gəlib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu aprelin 30-u başa çatıb və 84377 abituriyent elektron ərizəsini təsdiq edib.