Logo

“Liverpul” triosu “Real”ın rekordunu yenilədi


Liverpul” klubunun hücumçuları Məhəmməd Salah, Roberto Firmino və Sadio Mane birlikdə Çempionlar Liqasında 29 qol vurublar.

TopXeber.Az-ın “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bununla da onlar “Real” Madridin forvardları Kriştianu Ronaldu, Kərim Benzeme və Qaret Beylin rekordunu təzələyiblər.

Belə ki, M. Salah və R. Firminonun hər biri bu mövsüm turnirdə 10 dəfə fərqlənib, S. Manenin aktivində isə 9 qol var. “Real” Madridin triosu 2013-2014-cü illər mövsümündə rəqib qapılarından 28 top keçirib.

Məftun Salmanov