Logo

Şəhriyar Əliyev Premyer Liqanın 2 klubunun TRANSFER HƏDƏFİNDƏ


"Kəpəz"in müdafiəçisi Şəhriyar Əliyev yay transfer pəncərəsində klubunu dəyişə bilər.

TopXeber.Az bildirir ki, müdafiəçi Premyer Liqanın iki klubunun maraq dairəsinə düşüb. Söhbət “Neftçi” və “Sumqayıt”dan gedir. Hər iki klubun Şəhriyarı heyətinə qatmaqda israrlı olduğu bildirilir.

Qeyd edək ki, Şəhriyarın "Kəpəz"lə müqaviləsi mövsümün sonunda başa çatır. Sportlife.az