Logo

Vüqar Bayramov: Neftin qiymətlərində azalmaların olacağı gözlənilir


Dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabilliyin əldə ediləcəyi halda neftin qiymətlərində azalmaların olacağı gözlənilir.

TopXeber.Az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov özünün “Facebook” səhifəsində yazıb.

O diqqətə çatdırıb ki, son günlər ABŞ dolları dünya bazarında aparıcı valyutalara, o cümlədən avroya nisbətən möhkəmlənməkdədir: “Bir müddət öncə 1 avro almaq üçün 1.24 ABŞ pulu ödəmək lazım idisə, indi Avropanın vahid valyutasının məzənnəsi 1.20-dən da aşağ düşüb. ABŞ-da elan edilən iqtisadi göstəricilər fonunda Federal Ehtiyatlar Sisteminin uçot stavkası ilə bağlı əvvəlki artım qərarları və eləcə də Avropa Mərkəz Bankının uçot stavkasını dəyişməz saxlaması və sentyabradək aylıq 30 milyard avroluq qiymətli kağızlar alması (Quantitative easing-QE) prosesinin davam etməsi də qlobal valyuta bazarına təsirsiz ötüşmür. Qeyd edək ki, Avropa Mərkəzi Bank pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb. Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə stabilləşmə əldə ediləcəyi gözlənir.

V. Bayramlı qeyd edib ki, dolların möhkəmlənməsi neftin dünya bazar qiymətinə də təsirsiz ötüşmür: “Hələlik neftin qiymətində kəskn azalmalar müşahidə edilməsə də “qara qızılın” mövqeyi müəyyən qədər yumşalıb. Bununla belə, dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabilliyin əldə ediləcəyi halda neftin qiymətlərində azalmaların olacağı gözlənilir. Qlobal bazardakı mövcud tələb və təklif tarazlığı fonunda neftin qiymətinin yenidən azlması ehtimalı yüksəkdir. Neftin qiymətini hələlik daha çox siyasi səbəblər və xüsusən də Suriya və İran ətrafında baş verənlər yüksək saxlayır”.