Logo

Subay aparıcıdan inanılmaz etiraf: "Ora ehtirasımı öldürmək üçün..."


Son vaxtlar aktyor kimi daha çox tanınan aparıcı Şəhriyar Əbilov erotik rollara çəkilən aktyorlardan  danışıb.

TopXeber.Az-ın məlumatına görə, aktyor buna pis baxmadığını,  lazım gələrsə, yataq səhnəsinə çəkiləcəyini də gizlətməyib:

“Əgər xalq artisti, tanınmış aktyorumuz Fəxrəddin Manafov “Təhminə” filmində yataq səhnəsinə çəkilibsə, mən nəkarəyəm ki, çəkilməyim. Lazım gələrsə, hər hansı melodramada belə səhnədə oynayaram”.

“Maraqlıdır öpüş, yaxud digər açıq-saçıq səhnələri oynayarkən, sizin üçün tərəf-müqabilinizin gözəl, ya çirkin olmasının əhəmiyyəti varmı?” sualına Şəhriyarın cavabı belə oldu: “Öpüş səhnələrinə əla baxıram. Qaldı ki, tərəf-müqabilimin kimliyinə, fərqi yoxdur. Rejissor məndən ona qarşı hansı hisləri tələb etsə, yerinə yetirəcəm. Çünki mən ora ehtirasımı öldürmək üçün getmirəm. Buna peşəmdən irəli gələn tələb kimi baxıram”.Yenicag.az