Logo

“Azərbaycanın qeyri-neft məhsulları ixracının 70 faizi özəl sektorun payına düşür” - FOTOLAR


“Azərbaycanın hazırda qeyri-neft məhsulları ixracının 70 faizi özəl sektorun payına düşür”.

TopXeber.Az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkəmizin qeyri-neft məhsullarının ixracında özəl sektorun payı getdikcə artır: “Özəl sektor Azərbaycan iqtisadiyyatının əsas lokomotivinə çevrilməkdədir”. 

V. Qasımlı qeyd edib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən islahatlar nəticəsini verir: “Azərbaycan turizm xidmətlərinin ixracını nəzərəçarpacaq dərəcədə artırıb.  Həmçinin, kənd təsərrüfatının dirçəldilməsi də qeyri-neft sektorunun inkişafına xidmət edir. Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistika layihələri ölkəni qovşağa çevirir. 

İİTKM-in icraçı direktoru əlavə edib ki,  Azərbaycan manatının məzənnəsinin sabit, qiymət artımının təkrəqəmli olması, qeyri-neft sektorunda 3 faizə qədər artım, ölkənin strateji valyuta ehtiyatlarının 45 milyard ABŞ dollarına yaxınlaşması bank sektorunu canlandırır”.