Logo

"Beynimdə eyni anda iki fikir dolaşdı"


"Bayern Münhen"in qapıçısı Sven Ulrayx Çempionlar Liqasının yarımfinalında "Real"a qarşı matçda (2:2) səhv buraxdığı epizod barədə danışıb.

TopXeber.Az xəbər verir ki, almaniyalı qolkiper bunları deyib:

"Geriyə ötürmə anında Benzemanın mənimlə təkbətək çıxacağını gözləyirdim. Buna hazır idim. Amma Benzema topa birinci çatmadı. Mənsə düşündüm ki, onu əlimə götürə bilmərəm. Qərara gəldim ki, topu ayaqla çıxarım. Saniyənin mində-bir hissəsində beynimdə iki fikir dolaşdı. Həmin anı televizorda 2-3 dəfə izlədim. Səhv qərar qəbul etdim. Belə hallar yüzdən bir olur.

Hesab 1:1 olandan sonra aydındı ki, bizə 2 qol lazımdır. Ola bilsin, oyun əlavə vaxta uzanardı. Amma biz 3-cü qolu mütləq vurmalı idik. Həqiqətən, finala çıxmaq istəyirdik. Mübarizəni dayandırmaq bizi çox məyus etdi".goal.az