Logo

Rəqsanə: Başa düşdüm ki, qızlarıma ata lazımdır - FOTO


2 ildən çoxdur Rusiyanın paytaxtı Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova dünən axşam Bakıya qayıdıb.

TopXeber.Az xəbər verir ki, müğənni bu gün "Zaurla Günaydın" verilişində qonaq olub. Aparıcı Zaur Baxşəliyev Rəqsanəyə "Darıxmırsanmı orada?" sualı ilə müraciət edib.

Rəqsanə cavabı ilə bir çox məqamlara aydınlıq gətirib:

"Mən düşündüm ki, mənə ailə lazımdır, birnci növbədə. Çox çətinliklər gördüm və başa düşdüm ki, böyütdüyüm iki qızıma ata lazımdır. Həm də mənə qarşı elə şeylər baş verdi ki, mən Azərbaycandan çıxıb, getdim. Bilən də danışdı, bilməyəndə danışdı. Yoruldum artıq. Əslində düz iş gördüm".