Logo

Tolqa Kotan: Azərbaycanda istiqraz alıb-satmaq prosesini 20 dəqiqəyə endirdik


Azərbaycanın maliyyə bazarı böyüyüb, beynəlxalq standartlara uyğun məhsullar təqdim edir.

TopXeber.Az-ın məlumatına görə, bunu SOCAR-ın maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan  Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) deyib.

Onun sözlərinə görə, bazarın inkişafı üçün daha çox iş görülməlidir: “SOCAR istiqrazları ilə bağlı bir sıra aidiyyəti qurumlarla böyük iş gördük. Qanunvericilikdə dəyişikliklər həyata keçirildi. “ASAN xidmət”lə əməkdaşlıq etdik, müqavilələr imzaladıq. Azərbaycanda istiqraz alıb-satmaq 2-3 gün vaxt tələb edən proses idi, bu müddəti 20-30 dəqiqəyə endirdik. Bu, istiqraz buraxaraq kapital cəlb edilməsi ilə yanaşı, həm də ictimaiyyətə təqdimat idi”.

T.Kotan bildirib ki, 2016-cı ilin oktyabr ayında dövriyyəyə buraxılmış bu istiqrazları SOCAR-ın istənilən vaxt geri alması mümkündür: “Bu şərait heç Türkiyədə yoxdur. Beynəlxalq standartlardan daha yüksək şərtlərdir. İstiqrazlar üzrə təkrar bazar əməliyyatlarının dəyəri 140 milyon dolları keçib. Dünən bu rəqəm 148 milyon  dollara çatdı. Müştəri məmnuniyyəti yüksək səviyyədədir. İstiqrazlara Türkiyə, Gürcüstan və Qazaxıstandan maraq görürük. Maliyyə bazarında işlər düzəlir və bu prosesdə SOCAR istiqrazlarının iştirakını görmək xoşdur”.