Logo

Vergi tutulan əməliyyatların vaxtı ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır


“Sahibkarların yaralı yeri olan Azərbaycan Vergi Məcəlləsinin 166-cı maadəsinə dəyişikliklər ediləcək”.

TopXeber.Az-ın məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov Bakıda “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) deyib. 

Onun sözlərinə görə, artıq bu maddəyə müəyyən dəyişikliklər edilməsi istiqamətində iş aparılır: “Bununla bağlı müəyyən təkliflər hazırlanıb".

Qeyd edək ki, Vergi Məcəlləsinin 166-cı maddəsi əlavə dəyər vergisindən vergi tutulan əməliyyatların vaxtını nəzərdə tutur.