Logo

Vergilər Nazirliyi: 2018-ci il sahibkarlar üçün keçid ili olacaq


İqtisadi şəraitdən asılı olaraq kiçik sahibkar daha tez zərbə görən kateqoriyadır, məhz bu səbəbdən kiçik sahibkar sinfində vergi sadələşdirilib.

TopXeber.Az-ın məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov Bakıda “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) deyib 

Onun sözlərinə görə, kiçik sahibkarların əksəriyyətinin vergi dövriyyəsi 100 min manatdan aşağıdır: “Kiçik sahibkarlara nəzarət tədbirinin çoxaldılması marağımızda deyil. Məqsədimiz kiçik sahibkar sinfindən orta sahibkar sinfinə keçidin stimullaşdırılmasından ibarətdir. 2018-ci il sahibkarlar üçün keçid ili olacaq. Bu dövr şərait yaradır ki, sahibkarlar əməliyyatlarının hamısını bəyan edin. Bəyan edin ki, şəffaflığın təmin edək. Bu keçid dövründən səmərəli istifadə etmək lazımdır. İlin birinci yarısından hər kəs öz strategiyasını müəyyən etməlidir”.