Logo

Açıq-saçıq geyimlər ilə gündəmə gələn Könülün verilişi BAĞLANDI - FOTO


"Lider" telekanalının "Yarasa" gecə şousunun yayımı dayandırılıb.

Bu haqda TopXeber.Az-a verilişin aparıcısı Könül Yusif qızı məlumat verib. "Yarasa"nın yayımlandığı saatda əvvəllər cəmi yarım saat efirdə olan "Klip+" verilişi artıq V-VI günlər gecə saat 12-dən 1-ə qədər efirdə olacaq. Sözügedən proqramın aparıcısı Könül olacaq.

Aparıcı, aktrisa "Lider"in efirində daha bir verilişlə tamaşaçıların qarşısına çıxacağını qeyd edib. O, ayın 14-dən etibarən günorta saat 11-dən 12-yə kimi həftə içi hər gün "Nuş olsun" mətbəx verilişi ilə tamaşaçıların qarşısına çıxacaq.

Qeyd edək ki, Könül Yusif qızı efirdə yayımı dayandırılan "Yarasa" şousuna geyindiyi əlbisələrlə sosial şəbəkələrdə son zamanların ən çox müzkirə olunan məşhurlarından oldu.