Logo

"ADMEDİA" reklam agentliyi yeniliklərlə xidmətinizdə - VİDEO


"ADMEDİA" olaraq 2009-cu ildən Azərbaycanın reklam bazarında uğurla fəaliyyət göstəririk. Şirkətimiz reklam fəaliyyətinin ən müxtəlif sferalarında öz sözünü deməyi bacarıb.

İllərdir ki, reklam konsepsiyasının yaradılmasından, peşəkar istehsala, dijitaldan kompleks media yerləşdirilməyə qədər brendi bütün mərhələlərdə dəstəkləyən kampaniyalar həyata keçiririk.

 Müştəri məmnuniyyəti bizim əsas fəaliyyət prinsipimizdir. Bu prinsipdən yola çıxaraq müştərilərimizə mükəmməl xidmət göstərməyə və onların rəğbətini qazanmağa nail olmuşuq.

Qiymət siyasətinin, zamanlamanın və üstün xidmətin müştərilərimiz üçün vacib faktorlar olduğunu kollektivimizdə hər kəs gözəl anlayır. Məhz bu prinsipləri daim əsas tutduğumuzdan biz reklam bazarında etibarlı və dürüst tərəfdaş imicini qazana bilmişik.

MİSSİYAMIZ:

“ADMEDIA” olaraq əsas missiyamız müştərilərin biznesini hərtərəfli inkişaf etdirmək və onların məhsulunu bazarda tanıtmaqdan ibarətdir.

Biz reklam bazarında baş verən proseslərdən dərindən xəbərdarıq. Bu isə bizə həm mövcud müştərilərimizin, həm də yeni müştərilərimizin gəlirlərini və satışlarını artırmaq üçün effektiv marketinq strategiyası qurmağa imkan verir.

Məhz belə uğurlu əməkdaşlıqların nəticəsidir ki, bütün müştərilərimiz bizim dostlarımıza və tərəfdaşlarımıza çevriliblər.

ÜSTÜNLÜKLƏRİMİZ:

- Müştəri qazancdan üstündür yanaşmamız;

- Reklam və marketinq sahəsində geniş xidmət dəstinə malik olmağımız;

- Azərbaycanın bütün ərazilərini əhatə edə bilməmiz;

- Hər bir sifarişçiyə fərdi yanaşmamız;

- Peşəkar əməkdaşlarımız;

- Məsuliyyət və dürüstlüyümüz;

- Sizin media bələdçiniz olmağımız!

http://admedia.az/

Telefon:

(012) 496 15 33

(012) 408 77 72

(055) 338 77 72.

info@admedia.az

Ünvan:

Xocalı prospekti 37,

Dəmirçi Tower 19-cu mərtəbə