Logo

Bakı metrosunda ölən tələbənin fotoları yayıldı - RƏSMİ AÇIQLAMA


"Bakı Metropoliteni"nin 20 Yanvar stansiyasında baş verən ölüm hadisəsi bu gün baş verməyib.

Bu barədə TopXeber.Az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, sözügedən ölüm hadisəsi 4-5 gün bundan əvvəl baş verib. 

"Deyilənə görə, dünyasını dəyişən şəxs tələbə olub" - deyə, Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, S.Teymurlu Milli Aviasiya Akademiyasının 3-cü kurs tələbəsi olub.

***11:35

Bakı metrosunda ölüm hadisəsi baş verib.

TopXeber.Az xəbər verir ki, metronun "20 Yanvar" stansiyasında 1998-ci il təvəllüdlü Sahil Teymurlu ürəktutmadan dünyasını dəyişib.

S.Teymurlu Bakı Aviasiya Akademiyasının tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.