Logo

İşdən çıxarılan Könül Yusifqızı: "Bu, sirr qalsın"


“Lider” TV-də yayımlanan “Yarasa” proqramının keçmiş aparıcısı, aktrisa Könül Yusifqızı işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Aparıcının TopXəbər.Az-a verdiyi açıqlamaya görə, o, yenidən TV ekranlarında görünəcək:

“Yeni layihə ilə həftə içi beş gün tamaşaçıların qarşısında olacağıq. Başqa açıqlama vermək istəmirəm. Veriliş harada, necə, nə vaxt olacaq,bu barədə indi danışmayaq. Sirr qalsın. “Lider” TV-ni çox sevirəm. Onun verdiyi hər bir açıqlamaya çox böyük hörmət, sayğı, rəğbətlə yanaşıram”.

Əldə etdiyimiz məlumata görə, sözügedən layihə “Lider”də işıqlanacaq.