Logo

“Rembo” ekranlara qayıdır


Amerikalı aktyor Silvestr Stallone “Rembo”nun beşinci hissəsini çəkməyə hazırdır.

TopXeber.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, S. Stallone hazırda ssneraini öyrənir. Çəkilişlər bu ilin sentyabrına nəzərdə tutulub.

Filmin prodüseri Ali Lerner olacaq. Beşinci hissədə Rembonun dostlarından birinin qızı oğurlanır. Baş qəhrəman onu xilas etmək üçün Meksikaya yollanır. O, ən zalım meksikalı kartellərdən biri ilə mübarizə aparır.

Qeyd edək ki, “Rembo: İlk qan” filmi 1982-ci ildə ekranlara çıxıb. Bundan sonra 1985, 1988 və 2008-ci illərdə daha üç film çəkilib.

Məftun Salmanov