Logo

Bu gün “Eurovision” başlayır - Aysel finala keçməyə bilər


Bu gün Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. Təmsilçimiz Aysel Məmmədova (Aisel) “X my heart” mahnısı ilə 1 nömrə altında çıxış edəcək. Müsabiqə 23:00-da İTV-də yayımlanacaq.

TopXeber.Az xəbər verir ki, ötən gecə birinci yarımfinalda iştirak edəcək 19 ölkə təmsilçilərinin çıxışları münsiflərin müzakirəsinə təqdim edilib və ballar hesablanıb. 

Səsvermə qapalı keçirilsə də, mətbuata jüridən yüksək bal toplayan bir neçə iştirakçının adı açıqlanıb. Bildirilir ki, münsiflər ən yüksək balı Kipr təmsilçisi Eleni Foureiraya verib. 

Bu məqamda bildirək ki, Eleninin məşqlərdəki çıxışından sonra bukmeyker proqnozlarında birinci yeri tutub və qalib göstərilir. Azərbaycan isə siyahıda 26-cı yerdədir. 

Bundan əlavə, İsrail, Çex Respublikası, Estonya, Bolqarıstan, Yunanıstan, Avstrya, Litva, Belçika və Ermənistanın finala keçəcəyi iddia edilir. 

Təssüflər olsun ki, Azərbaycan təmsilçisi Aysel Məmmədovanın finalda olacağı gözlənilmir. 

Xatırladaq ki, müsabiqə Altice Arenada, "All Aboard!" (Hamı göyərtəyə!) şüarı altında keçiriləcək. Müsabiqənin ikinciyarımfinalı 10 may, finalı isə 12 may tarixində baş tutacaq. Katarina Furtado, Daniela Rua, Filomena Kautela və Silviya Alberto müsabiqəyə aparıcılıq edəcək.