Logo

Maliyyə və İnvestisiya Forumu 2018- Həmtəsisçi dəyərləndirir


 İkinci dəfə baş tutmuş Maliyyə və İnvestisiya Forumu əldə etdiyi uğurlu nəticə ilə gündəmdə qalmaqda davam edir. 

TopXeber.AzMaliyyə və İnvestisiya Forumunun həmtəsisçisi və moderatoru olan Niyazi Abbasovun təəsüratlarını öyrənib.

 Niyazi Abbasov bildirib ki, builki forumun keçirilməsində əsas məqsəd ölkəmizdə maarifləndirici təqdbir olaraq rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional əhəmiyyətli iqtisadi oyunçu kimi Azərbaycan Respublikasının aparıcı mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaqdan ibarətdir.

"Maliyyə və Investisiya Forumu maarifləndirici ictimai platforma olaraq dünya və Azərbaycanda Maliyye ve Investisiya dünyasının ən çox müzakirə etdiyi populyar mövzular ətrafında spikerləri bir araya toplayır və müzakirələr aparır.  Bu ilki spikerlər mövzuları blokçeyn texnologiyalarının, süni intellektin bank, sığorta, vergilər və investisiya sektoruna tətbiqi, finteklərin meydana gəlməsi, start up maliyyələşməsində yeniliklər və kriptovalyutaların ilkin təklifi kimi mövzular Forumda geniş müzakirə edilmişdir".  

 O bildirib ki, Maliyyə və İnvestisiya Forumu illik olaraq keçirilir. İlk forum 5 may 2017-ci il tarixdə 200-dək şirkətin 400-dən çox menecerinin iştirakı ilə baş tutub.

 "Forum ötən il olduğu kimi 3 paneldən ibarət olmaqla günboyu davam etmişdir. “İnvestisiya Strategiyaları”, “Maliyyələşmə Strategiyaları”, “Vergi Siyasəti və Mühasibat Uçotu” adlı panellərdə toplam 12 yerli və xarici spikerin uğurlu çıxışının şahidi olduq . Forumda özəl şirkətlərlə yanaşı, əlaqəli dövlət qurumlarından rəsmilər də iştirak etmişdir. Maliyyə və İnvestisiya Forumu kimi təqdbirlər sayəsində dövlət və özəl biznes subyektləri arasında konsktruktiv əlaqələrin, bilgi paylaşımının olması ümumilikdə sektora müsbət təsir edəcək. 

Forumdakı spilerlərin təqdmatları iştirakçılar tərəfindən və mətbuat nümayəndələri tərəfindən maliyyə maarifləndirmə nöqteyi nəzərindən çox yüksək qiymətləndirilmişdir. Forumun təşkili prosesində texnoloji yeniliklər də tətbiq edilmiş və spikerlərin təqdimatlarının elektron dəyərləndirilməsi sistemi ilk dəfə olaraq tətbiq edilmişdir. Forum interaktiv şəkildə müzakirələr, fikir mübadiləsi, dövlət və özəl qurumların nümayəndələri arasında konstruktiv dialoq şəraitində keçmişdir".