Logo

"Barselona" Qrizmannı 100 milyon avroya alır


"Barselona" bu yay "Atletiko"nun futbolçusu Antuan Qrizmannı transfer etməyə qərar verib.

TopXeber.Az xəbər verir ki, Kataloniya klubu fransalı hücumçunun təzminat qiyməti olan 100 milyon avronu ödəyəcəyini Madrid təmsilçisinə bildirib. Bu transferin DÇ-2018 öncəsi yekunlaşacağı vurğulanıb.

A.Qrizmannın yeni klubunda 7 nömrəli forma geyinəcəyi yazılıb.qol.az