Logo

Azərbaycanlı “Google”ın ART direktoru oldu – ÖZƏL AÇIQLAMA


Azərbaycanlı “Google”ın ART direktoru təyin olunub.

 Bu Azərbaycanda kifayət qədər tanınan Röyal Paşayevdir.

 Röyal Paşayev məşhur şirkətə dəvət almağından TopXeber.Az-a danışıb.

 “Google-ın en son tədbirində Assistant xidmətinin təqdimat tərtibatlna rəhbərlik etmişəm. O da ən maraqlı yeniliklərdən biri oldu. Mənim üçün də maraqlı təcrübə oldu. Ondan sonra dəvət gəldi.  Bundan sonra Google üçün çalışacam”.

Qeyd edək ki, o, uzun müddət Azərbaycan idman mətbuatında çalışıb. "Futbol+" qəzetinin əməkdaşı olub.

Röyal Paşayev eyni zamanda Azərbaycanda “Ultra Aslan“ fan klubunun yaradıcısı və “Shamans” dizayn şirkətinin də təsisçisidir.

 Röyal Paşayev 3 ildir Amerikada yaşayır və fəaliyyətini orada davam etdirir.