Logo

Bakıda 21 yaşlı barmen internet klubda öldürüldü – Təfərrüat


Bakıda internet klubda tanışını ürəyindən vuraraq öldürməkdə təqsirli bilinən Zaur Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

TopXeber.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, 2017-ci il noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsində internet klublardan birində Bakı şəhər sakini Zaur Qasımov münaqişə zəminində Naxçıvan sakini, 21 yaşlı Xəyal Məmmədovu sinə nahiyəsindən bıçaqlayıb.

Ürəyindən zədə alan Xəyal Məmmədov yerləşdirildiyi xəstəxanada ölüb.

Məlum olub ki, 21 yaşlı Xəyal Məmmədov barmen işləyirmiş. O, həm də tələbə olub.

Növbəti proses mayın 15-də davam edəcək.