Logo

​Avstraliyada son 20 ildə ən kütləvi güllələnmə hadisəsi baş verib


Avstraliyada 1996-cı ildən bəri ən kütləvi gullələnmə hadisəsi baş verib.

TopXeber.Az-ın “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, incident nəticəsində yeddi nəfər həlak olub. Onlardan dördü uşaqdır.

Polis Osminqton şəhərində küçələrin birində güllə yarası almış iki nəfərin cəsədini tapıb. Daha beş nəfərin cəsədi evdə aşkarlanıb. Onların hamısının eyni evdə yaşadığı güman edilir.

Şübhəlilərin axtarışı aparılmır, çünki polis hadisəni intihar kimi qiymətləndirir. Avstraliyada sonuncu kütləvi güllələnmə insidenti 1996-cı ildə baş verib. Həmin vaxt 28 yaşlı kişi kafedə 35 nəfəri güllələmişdi.

Məftun Salmanov