Logo

"Maşın" başlayır - Tarix açıqlandı


Əməkdar artist Murad Dadaşovun təqdimatında yayımlanan "Maşın" şou mayın 28-də ATV-də start götürəcək.

TopXeber.Az xəbər verir ki, 18 məşhur insan maşın uğrunda mübarizə aparmağa hazırlaşır. 

Şounun iştirakçı heyəti də artıq bəllidir. Heyətin tərkibində bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da... Lakin bu dəfə yeni adlar çoxluq təşkil edir. 

Onu da vurğulayaq ki, "Maşın" realiti şou bu dəfə 2 önəmli nüansla daha da yadda qalmağa çalışacaq. Belə ki, "Maşın" şounun müəllif hüquqlarının sahibi olan "MGP" özünün 15 illik yubileyini və cümhuriyyətimizin 100 illiyini xüsusi formada qeyd etmək üçün maraqlı ideyalar düşünür. Bayram günü münasibəti ilə studiyaya sürpriz qonaqlar dəvət olunacaq və "Maşın"nın açılışı keçiriləcək.

Yeni loqonun və konsepsiyanın tizeri üzümüzə gələn həftədən etibarən yayıma buraxılacaq.