Logo

Ronaldo seriala çəkiləcək


Portuqaliya yığmasının və “Real” Madridin hücumçusu Kriştiano Ronaldo “Facebook” şirkəti ilə ələ etdiyi razılıq çərçivəsində serialda çəkiləcək.

TopXeber.Az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə,K. Ronaldo özünü aktyorluq sahəsində sınayacaq. Serial sosial media vasitəsilə yayımlanacaq.

Futbolçunun çəkiləcəyi ilk serialda qızlardan ibarət “Nyu York” futbol komandasının macərası barədə bəhs ediləcək. “Facebook”un yeni yayım servisi “Facebook Watch” üçün çəkiləcək serialın adı və nə vaxt yayımlanacağı isə hələlik məlum deyil.

Məftun Salmanov